Şəhid atası vəfat etdi - Foto

sehid-atasi-vefat-etdi
Oxunma sayı: 1759

Vətən müharibəsi şəhidi Elçin Süleymanovun atası dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin atası Tehran Süleymanov uzunsürən xəstəlikdən vəfat edib. Mərhum Füzuli rayonunda dəfn edilib.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Elçin Süleymanov 30 sentyabr 2020-ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. O, ailəli olub, bir qız övladı yadigar qalıb.