Şəhid atası vəfat etdi - Foto

sehid-atasi-vefat-etdi
Oxunma sayı: 3021

Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Mahir Qəmbərov ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Əli Qəmbərov 2002-ci ildə anadan olub. 2020-ci il oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.