Şəhid atasının evi yanıb kül oldu - Video

sehid-atasinin-evi-yanib-kul-oldu
Oxunma sayı: 2018

Qaxda şəhid atasının evi tamamilə yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Qaxbaş kəndində, Heydərov Nasim Paşa oğluna məxsus evdə baş verib.

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kvadrat metr olan kürsülü ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yanğın yerinə iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Nasim Heydərovun oğlu Müslüm Heydərov vətən uğrunda şəhid olub.

Mübariz Muradov