Şəhid Babək nişanlı imiş

Şəhid Babək nişanlı imiş
Oxunma sayı: 5483

Avqustun 5-i Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının sakini olub.

Leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib. O, üç bacının bir qardaşı olub. Babək Əliyev nişanlı olub.