Şəhid bacısı Avropa üçüncüsü oldu - Fotolar

sehid-bacisi-avropa-ucuncusu-oldu
Oxunma sayı: 1866

Vətən müharibəsi şəhidi  kapitan Tural Zeynalovun bacısı Solmaz Zeynallı kyokuşin karate üzrə Avropa çempionatında bürünc medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o, İspaniyanın Valensiya şəhərində keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 

Onunla yanaşı Əliqismət Həsənov gümüş, Balaəmi Əhmədov və Arzuman Həsənov da bürünc medal qazanıblar. 

Qeyd edək ki, Solmaz Zeynallı Səbail Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri olaraq xidmət edir.