“Mehriban Hüseynovanın işi ilə bağlı lazımı qurumlara müraciət etmişəm. İşin obyektiv araşdırılmasını xahiş etmişəm. Mənə verilən rəsmi cavablarda da bildirilir ki, bu iş xüsusi nəzarətdədir. İşin istintaqı obyektiv araşdırılacaq”.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az saytına deputat Çingiz Qənizadə mərhum müğənni İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın işi barədə danışarkən deyib.
Ç.Qənizadə Mehriban Hüseynovanın həbs olunmasının əsas səbəblərini söyləyib:
“İlhamə Quliyeva artıq rəhmətə gedib. O, sağ olanda müəyyən təzyiq metodları var idi və bunlardan istifadə edirdi. Ola bilsin Mehriban Hüseynova ona görə həbs olundu ki, İlhamə Quliyeva müəyyən şantaj yollarına əl atırdı, səs-küy salırdı, müxtəlif vəzifəli adamların adlarını hallandırırdı, müxtəlif adamlara zənglər edirdi. Bu da Mehriban Hüseynovanın həbs olunmasına gətirib çıxarıb.
Hər halda Baş Prokurorluq istintaqın sonunda bu əmələ düzgün qiymət verəcək. Əgər iş məhkəməyə gedəcəksə, ümid edirəm ki, bu, həbssiz bir cəza ola bilər.
Hansısa bir hərəkətə görə, edilən və ya edilməyən əmələ görə şəhid bacısının həbs edilməsinin tərəfdarı deyiləm və əvvəldən də olmamışam”.
Son xəbərlər
Son Xəbərlər