Şəhid Elşən Yunisli torpağa tapşırıldı - Yenilənib

sehid-elsen-yunisli-torpaga-tapsirildi
Oxunma sayı: 3338

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, şəhid Elşən Fazil oğlu Yunislinin nəşi rayonunun Təzəkənd kəndində gətirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətin nümayəndələri, şəhid ailə üzvləri, kənd sakinləri iştirak edir.

Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.

***

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli dəfn edilib.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, kənd sakinləri iştirak edib.

E. Yunisli rayonun Təzəkənd kənd qəbiristanlığında dəfn edilib

Dəfndən sonra havaya yaylım atəşi açılıb.