Şəhid əsgər Xaliq Əzizzadənin medali valideynlərinə təqdim olunub.
“Qafqazinfo” xəbər verir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən qırx mərasimində İcra başçısı Razim Məmmədov, general-mayor Rasim Əliyev, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyətnin nümayəndələri iştirak ediblər.
Mərasimdə icra başçısı bildirib ki, son hadisələr zamanı Xətai rayonu dörd şəhid verib: “Şəhidlər ölmür, onlar həmişə öz millətinin, öz xalqının qəlbində əbədi olaraq yaşayır. Şəhid əsgərimiz Xaliq Əzizzadə də əbədiyyətə qovuşan igid oğlanlarımızdandı. Mən şəhidimizin valideynlərinə, xüsusən də anasına bir daha minnətdarlığımı bildirirəm ki, Xaliq kimi bir igid böyüdüb vətənə verib”.
Daha sonra İcra başçısı Müdafiə Nazirinin əmri ilə təltif edildiyi “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalını Xaliq Əzzizadənin valideynlərinə təqdim edib.
Qeyd edək ki, 1996-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan anadan olan Xaliq Əzizzadə cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 4-dən 5-nə keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub.


Son xəbərlər
Son Xəbərlər