Şəhid kapitan doğum günündə anıldı - Fotolar

Şəhid kapitan doğum günündə anıldı
Oxunma sayı: 985

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri, din adamları şəhidin doğum günü ilə əlaqədar olaraq onun məzarını ziyarət edərək üzərinə əklil qoyublar.

Daha sonra Qaradağ RİH-nin dəstəyi ilə düzəldilmiş şəhid bulağının açlışı olub, bulağın qarşısına əklil və gül dəstələri qoyulub. Bundan sonra şəhidin evi ziyarət edilib. Şəhid ailəsi ilə söhbət edilib, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, P. Məmmədov 1989-cu ilin avqustun 9-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak edib və Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 2020-ci ilin sentyabrən 30-u qəhrəmancasına şəhid olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunub.