Şəhid Kazımağa Kərimovla Babək Ramaldanova xatirə lövhəsi qoyuldu - Foto

sehid-kazimaga-kerimovla-babek-ramaldanova-xatire-lovhesi-qoyuldu
Oxunma sayı: 2616

Milli Qəhrəman, şəhid jurnalist Kazımağa Kərimovun və Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun xatirə lövhələrinin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, xatirə lövhələri Xətai rayonunda qoyulub. Açılış mərasimində Müdafiə Naziriliyinin, Xətai rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri, şəhidlərin döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.

Şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını fəda edən oğlu ilə qürur duyduğunu deyib.