Şəhid oğluna hökm oxundu - Oğurluğa görə

sehid-ogluna-hokm-oxundu-
Oxunma sayı: 1647

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1992-ci il təvəlüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə Samir Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Samir Gəraylı 7 min manat oğurluqda ittiham edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilib. Məhkəmə istintaqı dövründə zərərçəkənə dəymiş ziyan ödənilib.

Onu da əlavə edək ki, Samir Gəraylı Şuşa uğrunda döyüşlərində şəhid olan Sabir Rüstəmovun oğludur.

Murad Əhməd