Dünən Türkiyədə “Pençe-Kilit” əməliyyatı bölgəsində aparılan axtarış və yoxlama fəaliyyəti zamanı şəhid olan çavuş Mehmet Əli Horozun vəsiyyəti gündəm olub.
“Qafqazinfo” “TRT haber”ə istinadən xəbər verir ki, dostlarının şəhid olmasından 3 gün əvvəl lentə aldığı kadrlarda Mehmet Əli dostunun yuxusuna şəhid kimi girdiyini deyib.
Daha sonra silahdaşlarına üz tutaraq bunları danışıb:
“Şəhid olsam, sizdən bir Afrika ölkəsində su quyusu qazmağınızı xahiş edirəm. Allah hamımıza kömək olsun. Cənnətdə hamınızı iftara dəvət edirəm”.
Həmin təsirli görüntüləri təqdim edirik: