“Şəhid olmaq istəyirik”- - Terrorçu qardaşlarla telefon əlaqəsi

sehid-olmaq-isteyirik-
Oxunma sayı: 3583



Fransa prezidenti Fransual Olland 12 jurnal əməkdaşının ölümü ilə nəticələnən terror hadisəsindən sonra bu gün ilk mətbuat konfransını keçirir. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular hələ yaxalanmadığını və digər ölkələrdən dəstək aldıqlarını açıqlayıb:

“Fransa şokda. Bu hücumun səbəbkarları hələ yaxalanmayıb. Vətəndaşlarımızı qorumaq üçün hər şey etməliyik. Təhlükə olan yerdə nə lazımdırsa ediləcək. Bütün vətəndaşlarımıza bu ölkəyə güvənə biləcəkləri bir atmosferi yaratmalıyıq. Təhdidlər sadəcə Fransada deyil, ölkə xaricində də var. Dünya narahatlıq keçirir” 

Prezident həmçinin bənzər hücumların ola biləcəyini istisna etməyib. 

Onu da əlavə edək ki,  son məlumatlara əsasən, jurnal redaksiyasına hücum edən qardaşlardan biri 2011-ci ildə Yəməndə “Əl Qaidə” terrorçusu ilə görüşüb. Bu isə terrorçuların həmin təşkilatla əlaqəsini bir daha təsdiqləmiş olub. Daha sonra görüşdüyü şəxs Amerika xüsusi xidmət orqanları tərəfindən qətlə yetirilir. 

Bundan başqa, polislər tərəfindən mühasirəyə alınan və mətbəədə gizlənən qardaşların polislərlə telefon danışıqları apardığı və “ təslim olmayacağıq, şəhid olmaq istəyirik, ölməyə hazırıq” dedikləri məlum olub.