“Şəhid olsam, bayramda anamın, atamın əlini öpün” - Video

sehid-olsam-bayramda-anamin-atamin-elini-opun
Oxunma sayı: 4188

Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi “Pençe-Kilit” əməliyyat bölgəsində şəhid olan türkiyəli hərbçi Yusuf Ataşın vəsiyyətini dilə gətirdiyi videosu bütün Türkiyəni təsirləndirib.

O, vəsiyyətində “əgər ölsəm, leykozdan əziyyət çəkən bir qız uşağının həyatı boyunca bütün xərclərini qarşılayın. Bir də bayramda gedin anamın, atamın əlini öpün” sözlərini deyib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin bu sözlərinə məşhurlar da səssiz qalmayıb. Onların arasında Çelik, Yasemin Sakallıoğlu, Şahan Gökbakar var.

Müğənni Çelik sosial media hesabında bu açıqlamanı verib: “Yusuf Ataş qardaşımızın vəsiyyətini yerinə yetirməyə hazıram. Ailəsi ilə əlaqə qurmağa çalışacağam. Bu qardaşımızın vəsiyyətini yerinə yetirmək şərəf olar”.

Komediyaçı Yasemin Sakallıoğlu LÖSEV-ə (Leykozlu Uşaqlar Vəqfi) ianə edəcəyini bildirib: “20 oktyabrdakı tamaşamdan əldə edəcəyim gəlirimi indidən LÖSEV-ə bağışlayıram. Sənin kimi ürəkli bir övladı yetişdirdiyi üçün o qiymətli ailənin əllərindən hər an öpürəm”.

Digər komediyaçı Şahan Gökbakar da LÖSEV-ə 50 min lirəlik ianə edib.

Erdemlinin bələdiyyə sədri Mükerrem Tollu da hərəkətə keçib. O, şəhid qızı Sena Demirelin təhsil və sağlıqla bağlı bütün xərclərini qarşılayacaqlarını bildirib.