Şəhid övladları da “Teknofest Azərbaycan”da mübarizə aparacaq

sehid-ovladlari-da-teknofest-azerbaycanda-mubarize-aparacaq
Oxunma sayı: 1601

Xəbər verdiyimiz kimi, 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festivalda şəhid övladlarından ibarət üç komanda da çıxış edəcək.

“Qafqazinfo”nun məlumatına görə, bu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Festivalda şəhid övladlarından ibarət komandalar “Zəfər”, “Xarı Bülbül” və “Mübarizlər” komandaları altında çıxış edəcək.

“Zəfər” komandası festival çərçivəsində “Robitexnika” müsabiqəsində iştirak edəcək.

Qeyd edək ki, “Robotexnika” müsabiqəsi insana gündəlik həyatda faydalı olan və ya istehsalatda işinin müəyyən bir hissəsini yerinə yetirən, hətta əyləncəyə çevrilə bilən robotların dizaynını hədəfləyir.

Eldar Tanrıverdiyev