Şəhid övladları gələn ildən Türkiyədə təhsil ala biləcəklər

Şəhid övladları gələn ildən Türkiyədə təhsil ala biləcəklər
Oxunma sayı: 783

“Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

O qeyd edib ki, bununla bağlı YTB ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

F. Muradov əlavə edib ki, Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən “YAŞAT” marafonu təşkil edilib və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşulublar. Marafon yaradılanda tək bir gün üçün 1 milyon manatdan artıq vəsait toplanıb və “YAŞAT” Fonduna köçürülüb: “Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd “Dermaton” cərrahi aparatı, 92 ədəd “İlizarov” aparatı və 566 əlil arabası göndərilmişdi”.

Gülnar Əliyeva