Bu gün Vətən Müharibəsində şəhid olan baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədli, baş leytenant Mətləb Cəfərovun oğlu Hüseyn Cəfərov, baş gizir İntiqam Abbasovun oğlu Əli Abbasov məzun olur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və 14 gün koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə baş gizir Yasən Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Baş leytenant Mətləb Cəfərov Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralansa da, 18 gün koma vəziyyətində qaldıqdan sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə baş leytenant Mətləb Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş gizir İntiqam Abbasov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə 29 sentyabr 2020-ci ildə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə baş gizir İntiqam Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

***
Həmçinin Vətən Müharibəsi və “Aprel döyüşləri” zamanı şəhid olan polkovnik-leytenant Nail Orucovun oğlu Ruslan Orucov, gizir Rahim Tağıyevin oğlu Nihad Tağızadə, baş leytenant Hikmət Səfərovun oğlu Anar Səfərov da məzun olur.
.jpg)
Qeyd edək ki, polkovnik-leytenant Nail Orucov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
.png)
Gizir Rahim Tağıyev 2016-cı ildə “Aprel döyüşləri” zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanaraq, 3 ay 7 gün koma vəziyyətində qaldıqdan sonra 10 iyul 2016-cı ildə müalicə aldığı xəstəxanada şəhid oldu.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təltif edilib.

Baş leytenant Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci ildə Hərbi Hospitalda şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edildi.
.jpg)
***
Bundan başqa, Vətən Müharibəsində şəhid olan baş gizir Paşa Mehdiyevin oğlu Etibar Mehdiyev, çavuş Əlzamin İsgəndərovun oğlu Abbas İsgəndərli və baş leytenant Ceyhun Niftəliyevin oğlu Nihad Niftəliyev də məzun olur.
.jpg)
Baş gizir Paşa Mehdiyev oktyabrın 7-də Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Çavuş Əlizamin İsgəndərov noyabrın 5-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Leytenant Ceyhun Niftəliyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

***
Bu gün Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Milli Qəhrəman polkovnik Şükür Həmidovun qızı Əzizə Həmidova da məzun oldu.
Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” medalları və “Zəfər” ordeni ilə təltif edilib.
.jpg)