Şəhid övladlarından ibarət komanda “TEKNOFEST”də 2-ci oldu - Fotolar

sehid-ovladlarindan-ibaret-komanda-teknofestde-2-ci-oldu
Oxunma sayı: 1253

“TEKNOFEST Azərbaycan” yarışmasında şəhid övladlarından ibarət “Zəfər” komandası A kateqoriyası üzrə Robotika müsabiqəsi üzrə yarışlarda ikinci yeri qazanıb.

“Qafqazinfo” xəbər verir ki, komanda 6 ay ərzində Azərbaycan Texniki Universitetinin müəllimləri tərəfindən təlimlərə cəlb olunub və “Ağıllı suvarma sistemi” adlı layihə ilə uğur qazanıblar.

Qeyd edək ki, komanda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təmsil edir.