Şəhid polis ailələrinə də birdəfəlik müavinət veriləcək

sehid-polis-ailelerine-de-birdefelik-muavinet-verilecek
Oxunma sayı: 2018

Prezident  İlham Əliyevin birdəfəlik müavinətlərlə bağlı yeni fərmanı şəhid polis ailələrinə də şamil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq 461 şəhid polis vərəsələrinə birdəfəlik ödəmə olan 11 min manat veriləcək. Bununla da birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

Günel Hacı