Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş digər vətəndaşlarımıza növbəti dəfə dəstək olub.
“Qafqazinfo” xəbər verir ki, Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “Səadət” Fondunun ölkəmizə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlarını göndərib.
“Səadət” Fondundan bildirilib ki, xeyriyyə tədbiri Türkiyənin İDDEF təşkilatının dəstəyi ilə həyata keçirilib və sovqat dolu yük maşını Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Bakıya göndərilib.
Aksiya çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri şəhid və qazi ailələrinə sovqat dolu 200-dən çox bağlama çatdırıb.





Son xəbərlər
Son Xəbərlər