Şəhid və qazi ailəsinin müraciəti təmin edildi - Video

sehid-ve-qazi-ailesinin-muracieti-temin-edildi
Oxunma sayı: 2422

Birinci Qarabağ Müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edən, 2-ci qrup Qarabağ əlili Bəxtiyar Nəsibov “Azəriqaz” İB-yə müraciət edərək, Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, qısa müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.

Şəmkir rayonunda yaşayan şəhid atası Hacı Abbasovun da müraciəti cavabsız qalmayıb.

O, Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Onun fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.

Qeyd edək ki, onun oğlu Zaur Abbasov 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.