Şəhid və qazi övladlarına Türkiyə yığmasının formaları təqdim olundu - Fotolar

sehid-ve-qazi-ovladlarina-turkiye-yigmasinin-formalari-teqdim-olundu
Oxunma sayı: 1174

Naftalanda şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün Naftalan Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə açıq havada tədbir təşkil olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, şəhid və qazi övladlarına qardaş Türkiyənin milli yığmasının futbol formaları təqdim edilib və uşaqlar Türkiyə-Uels matçını onlayn qaydada qürurla izləyərək Türkiyə futbol komandasına azarkeşlik ediblər.

Şəhid və qazi övladlarını müşayiət edən valideynləri tərəfindən onların övladları üçün təşkil olunan belə tədbirlər müsbət qiymətləndirilib və onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.