“Şəhidə lənət diləyən insan...” - Nadir əsəbiləşdi

sehide-lenet-dileyen-insan
Oxunma sayı: 5333

“Dünəndən çox əsəbiləşmişəm. Belə haqsızlıq olmaz. Sosial şəbəkədə yazmışam ki, “Allah şəhidlərimizə rəhmət eləsin”. Bunu götürüb, xəbər ediblər. Özü də “rəhmət” sözünü “lənət”lə əvəzləyiblər".

"Qafqazinfo"nun məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə bildirib.

Sənətçi  “Allah şəhidlərimizə lənət eləsin” sözlərinin ona aid olmadığını qeyd edib:

"Məni gözdən salmağa çalışırlar. Bunlar Allahdan qorxmur? Axı mən kiməsə lənət oxuyacaq biri deyiləm. Şəhidə lənət diləyən insan gərək vicdansız olsun. Haqqımda belə xəbər yazanları məhkəməyə vermişəm. Vəkilim bu işlə məşğuldur. Məndən həm üzr istəyəcək, həm də təkzib yazacaqlar”.