Aprelin 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” adlı ədəbi layihənin növbəti tədbiri çərçivəsində “Şəhidim” adlı şeir gecəsi keçiriləcək.
Nazirlikdən "Qafqazinfo"ya bildirilib ki, tədbir Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsinə həsr olunub. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin gənc istedadlı şairlərinin şeirləri səsləndiriləcək.
Bildirilib ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir. Layihə ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatının dünyada tanıdılması və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.
Bildirilib ki, bu, artıq “Söz” layihəsinin yeddinci tədbiri olacaq. Layihənin rəhbəri Nigar Həsənzadədir.
Son xəbərlər
Son Xəbərlər