Şəhidimiz bu gün dəfn ediləcək

sehidimiz-bu-gun-defn-edilecek
Oxunma sayı: 4391

Bu gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu sabah Cəlilabad rayonunun Cəfərxanlı kənd qəbiristanlığında dəfn ediləcək.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, martın 6-da şəhidlə ailəsinin yaşadığı kənddə vida mərasimi keçiriləcək.

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır.

Qeyd edək ki, bu gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

O.Paşazadə Naxçıvan Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.