Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə Qusar rayonu da şəhid verib. "Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Qusar icra başçısının müavini Elman Mustafayevin məlumatına görə, son döyüşlərdə rayonun Cağarqışlaq kəndindən olan, 20 yaşlı Əmiraslan Xəlil oğlu Xeyrbəyov qəhrəmancasına Vətən yolunda şəhid olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar şöbəsinin rəisi Nicat Həsənov əsgər Əmiraslan Xeyirbəyovun cənazəsinin aprelin 9-u səhər səkkiz radələrinədək rayona gətiriləcəyini, onun doğulduğu Cağarqışlaq kəndində dəfn ediləcəyini deyib.

Son xəbərlər
Son Xəbərlər