Şəhidimiz dəfn edildi - Fotolar

sehidimiz-defn-edildi
Oxunma sayı: 3335

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrimizin mövqelərini atəşə tutması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olan hərbi qulluqçumuz bu gün dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, Əlləzov Əlləz Ələddin oğlu anadan olduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. 

Şəhidin dəfnində xeyli sayda insan iştirak edib.