Şəhidimiz izdihamla dəfn olundu - Fotolar

sehidimiz-izdihamla-defn-olundu
Oxunma sayı: 8206

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən şiddətli döyüşlərdə qəhrəmanlıqla şəhid olan 21 yaşlı əsgər Ruhin Qəhrəmanov bu gün Cəbrayıl qəsəbəsində dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, Cəbrayıl rayonu Veysəlli kəndindən məcburi köçkün olan Ruhin Qəhrəmanovun dəfn mərasimində izdiham olub. Şəhidi son mənzilə yola salmağa Müdafiə Nazirliyinin nümayəndələri, kənd sakinlər gəliblər.

O, Cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

R. Qəhrəmanov müddətdən artıq xidmət keçən hərbi qulluqçu idi.

Şəhidin valideynləri Biləsuvar rayonundakı məcburi köçkün qəsəbəsində məskunlaşıblar.