Şəhidimiz Lənkəranda dəfn olundu - Video

sehidimiz-lenkeranda-defn-olundu-
Oxunma sayı: 2251

Ötən gün cəbhənin Qazax bölgəsində düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan ordusunun zabiti, 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün dəfn edilib.

"Qafqazinfo" Region TV-yə istinadən xəbər verir ki, şəhid olan leytenant bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.