Bu gün cəbhənin Goranboy rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun çavuşu Musayev Səbuhi Rəfail oğlu bu gün böyüyüb boya-başa çatdığı Bərdə rayon Mustafaağalı kəndində son mənzilə yola salınıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, yüzlərlə insan iştirak edib.
Şəhid çavuş Səbuhi Musayevin tabutu üzərindəki bayraq əbədi əmanət olaraq atası Rəfail Musayevə təqdim edilib. Şəhidlərin ruhuna dualar oxunub. Yaylım atəşi açıldıqdan sonra şəhid çavuş Səbuhi Musayevin nəşi doğulub boya-başa çatdığı Mustafaağalı kənd qəbristanlığında torpağa tapşırılıb.
Son xəbərlər
Son Xəbərlər