Şəhidimizin atası dünyasını dəyişdi

sehidimizin-atasi-dunyasini-deyisdi
Oxunma sayı: 4245

Vətən müharibəsi şəhidi Famil Ağaşovun atası Vüqar Ağaşov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki şəhid atası bu gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, şəhid F. Ağaşov  Cəlilabad rayonundandır. O, Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə " və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Surxay Şahbazov