Biləsuvar rayonunda şəhidin abidəsindən dibçək oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyi oğurlanıb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Həmçinin oxuyun: Peşə bayramında oğlunun şəhadət xəbərini alan müəllim... - Video

Son xəbərlər
Son Xəbərlər