Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.
Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.
Qeyd edək ki, S. İmanov Aprel döyüşlərində şəhid olub və ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər