Şəhidin adına olan bulaqla bağlı problem həll olundu

sehidin-adina-olan-bulaqla-bagli-problem-hell-olundu
Oxunma sayı: 693

Bir neçə gün öncə, Mingəçevirdə şəhidin adını daşıyan bulağda sayğac quraşdırılması ilə bağlı xəbər cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Belə ki, məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl sayğac quraşdırılmış və  şəhidin həyat yoldaşı Arzu Mustafayeva bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödəyiyini açıqlamışdı.
 
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, artıq məsələ öz həllini tapıb. Belə ki, bulağa quraşdırılmış sayğac yerində qalsa da, şəhidin adına açılmış bulağın su sərfiyyatına görə ödəniləcək məbləğ “Azərsu” tərəfindən qarşılanacaq.
 
Xəbəri “Azərsu” ASC-nin mətbuat xidməti təsdiq edib. Xatırladaq ki, Mingəçevirin mərkəzində ümumilikdə, 6 bulaq var. Yerli sakinlər sayğac quraşdırılması ilə yanaşı, bulaqlarda suyun tez-tez kəsliməsindən də şikayət edirlər.