Şəhidin qardaşı bayraq dəyişərkən yıxılıb öldü - Yenilənib

sehidin-qardasi-bayraq-deyiserken-yixilib-oldu
Oxunma sayı: 10546

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən Müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.

***

Xəstəxanadan bildirilib ki, o, ağır kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.

***

Həkimlərin səyinə baxmayaraq, Pərviz İsgəndərovun həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xəstəxanada vəfat edib. 

Şəhid Bəhruz İsgəndərov