Zaqatalada iki nəfər dəm qazından zəhərlənib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü İrapova Nayimə və 2009-cu il təvəllüdlü İrapova Havva dəm qazından zəhərlənərək Zaqatala rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, zərərçəkənlər Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 02.11.2024-cü il tarixində saat 01:00 radələrində iki nəfər şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.
Onlara zəruri ilkin yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər saat 03:00 radələrində evə buraxılıblar.
Mübariz Muradov