Şəhidin bank kartından pul oğurlayan şəxs tutuldu

sehidin-bank-kartindan-pul-ogurlayan-sexs-tutuldu
Oxunma sayı: 2308

Bakıda şəhidin bank kartından 4 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki,  iyulun 26-da polisə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.