Şəhidin bibisi qisas almaq istəyir- - Video

sehidin-bibisi-qisas-almaq-isteyir-
Oxunma sayı: 1937


Ötən gün Biləsuvar rayonu Nərimankənd kəndində cəbhə xəttində şəhid olan daha bir hərbçinin medalı ailəsinə təqdim edilib.  

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, mərasim zamanı baş verən hadisə hər kəsi təsirləndirib.

Şəhid Anar Qafarzadənin ölümündən sonra verilən medal onun anasına təqdim olunub. Mərasim zamanı şəhidin bibisi izdihamın içinə girərək Anarın qisasını almaq üçün könüllü olaraq cəbhəyə gedəcəyini bildirib. Şəhidin bibisinin bu davranışı gələn qonaqlar tərəfindən alqışla qarşılanıb.

Qeyd edək ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə düşmən hücumunu dəf edərkən Anar Vidadi oğlu Qafarzadə ağır yaralanıb və həkimlər onun həyatını xilas edə bilməyiblər. Əsgər şəhid olub. 

Şəhid avqustun 4-də doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıb.