Şəhidin doğum gününə həsr olunmuş xatirə gecəsi keçirildi - Fotolar

sehidin-dogum-gunune-hesr-olunmus-xatire-gecesi-kecirildi
Oxunma sayı: 2442

Vətən müharibəsi şəhidi Muradov Vüsal Cəsarət oğlunun doğum gününə həsr olunmuş bədii-ədəbi musiqili xatirə gecəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi Muradov Vüsal Cəsarət oğlunun doğum gününə həsr olunmuş bədii-ədəbi musiqili xatirə gecəsi keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Millət vəkili Müşfiq Məmmədli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlamış, şəhid Vüsal Muradovun keçdiyi şərəfli döyüş yolundan , şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik leytenantı olan Vüsal Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüsal Muradov oktyabrın 29-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunan Vüsal Muradov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı (ölümündən sonra), "Cəsur döyüşçü" medalı (ölümündən sonra) və "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilib.