Mardin şəhərinin Midyat bölgəsində terrorçularla döyüşdə həlak olan Nefise Özsoyun Edirnedə keçirilən cənazə mərasimində qəribə hadisə baş verib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimə CHP lideri Kamal kılıçdaroğlu da qatılıb. Onun yanında dayanan şəhidin həyat yoldaşı, polis Cumhur Özsoy namazdan öncə yerini dəyişib. Bu isə mərasim iştirakçıları, xüsusilə də Kılıçdaroğlu tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, C. Özsoy da xanımı N. Özsoy kimi bir müddət öncə Midyatda yaralanıb, daha sonra Kırklareliyə təyinatı göndərilib.



Son xəbərlər
Son Xəbərlər