Şəhidin oğlu dünyaya gəldi - Foto

sehidin-oglu-dunyaya-geldi
Oxunma sayı: 3031

Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Vüsal Sumbatzadənin övladı doğulub.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhərində dünyaya gələn körpəyə Kənan adı verilib.

Körpənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Qeyd edək ki, şəhid çavuş Sumbatzadə Vüsal Barat oğlu 1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olub. Ötən il 19-20 sentyabrda həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb.