Şəhidin xatirəsinə inşa edilən bulaq-abidə kompleksinin açılışı oldu - Fotolar

sehidin-xatiresine-insa-edilen-bulaq-abide-kompleksinin-acilisi-oldu
Oxunma sayı: 1842

Qazaxda şəhid baş leytenant Xaliddin Nəsibovun xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olub. 

“Qafqazinfo” xəbər verir ki, kompleks Qazax şəhərinin Nəriman Nərimanov küçəsində inşa olunub. 

Açılış mərasimində rəsmilər, qazilər, şəhid ailələri, şəhidin döyüş yoldaşları iştirak edib. 

Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edib: “Bizim balalarımız bugünkü firəvan həyatımız, bayraqlarımızın yüksəklərdə dalğalanması üçün düşünmədən özlərini güllə qabağına verdilər, şəhidlik zirvəsinə yüksəldilər”.

Qeyd edək ki, Xaliddin Nəsibov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.