Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün layihə təşkil olundu - Fotolar + Video

sehidin-xatiresinin-ebedilesdirilmesi-ucun-layihe-teskil-olundu
Oxunma sayı: 1246

Şəhid Həmid Abbasbəylinin xatirəsinin əbədiləşdirilməsi üçün Azərbaycan Vətənpərvərlər Partiyasının təşkilatçılığı ilə “Qəhrəman oğlum” layihəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, layihədə QHT rəhbərləri, ictimai xadimlər, media nümayəndələri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.

Tədbir zamanı şəhid Həmid Abbasbəylinin ailə üzvləri, hərbiçi yoldaşları, dostları və tanışları şəhidimizin həyat yolundan bəhs ediblər.