Şəhidlər xiyabanında intihar edən sabiq polisin - Fotosu

sehidler-xiyabaninda-intihar-eden-sabiq-polisin
Oxunma sayı: 6404

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində sabiq polis əməkdaşı intihar edib.

“Qafqazinfo” həmin şəxsin fotosunu əldə edib.  

Qeyd edək ki, hadisə dünən axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Fuad Ağayev səhhətindəki problemlərlə əlaqədar bir müddət öncə öz istəyi ilə polis orqanlarından xaric edilib.