Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır

sehidlere-ve-sehid-ailelerine-xerclenen-vesaitin-menbeleri-artirilir
Oxunma sayı: 1497

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılır.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin oxuyun: Армения готовится к новой войне - Видео

Dəyişikliyə əsasən, mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

Qeyd edək ki, indiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.

Eldar Tanrıverdi