Şəhidlərimizin adı ictimaiyyətə açıqlanacaq

sehidlerimizin-adi-ictimaiyyete-aciqlanacaq
Oxunma sayı: 7253

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. 

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaq. 

Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.