Şəhidlərin adları xidmət etdikləri zastavalara verilə bilər

sehidlerin-adlari-xidmet-etdikleri-zastavalara-verile-biler
Oxunma sayı: 710

Azərbaycanda şəhid sərhədçilərin adları xidmət etdikləri zastavalara verilə bilər.

“Qafqazinfo”nun məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub.

Fərmanla Prezidentin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 17.18-2-ci bənd əlavə edilib:

“17.18-2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının və dövlət sərhədinin mühafizəsi zamanı şəhid olmuş sərhədçilərin adlarını xidmət etdikləri sərhəd zastavalarına və digər sərhəd bölmələrinə verir”.