Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı - Foto+Video

sehidlerin-xatiresi-1-deqiqelik-sukutla-anildi
Oxunma sayı: 4412

Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Qafqazinfo” xəbər verir ki, saat 12:00-da ölkənin bütün şəhər və rayonlarında insanlar yerində dayanaraq dualar oxuyub, sürücülər avtomobillərinin hərəkətini dayandıraraq siqnal veriblər.

Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.

Qeyd edək ki, bu ildən başlayaraq 27 sentyabr tarixi hər il Anım günü kimi qeyd ediləcək.

Foto: Müzəffər İsmayılov