Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub

sehidlerin-xatiresinin-ebedilesdirilmesi-uzre-komissiyanin-ilk-iclasi-olub
Oxunma sayı: 944

Mayın 31-də Nazirlər Kabinetində görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın ilk iclası olub.

"Qafqazinfo" xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Baş nazirin müavini bildirib ki, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin bir çoxlarının adları müxtəlif qurumlara, təhsil, mədəniyyət ocaqlarına, küçələrə və s. verilir. Sözügedən məsələ ilə bağlı müvafiq icra orqanlarından Nazirlər Kabinetinə yeni təkliflər daxil olur. Bu təkliflər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün Komissiyaya təqdim edilir.

Daha sonra Komissiyanın iclasında təkliflərlə bağlı müzakirələr aparılıb. Komissiya üzvlərinin rəyləri nəzərə alınaraq yekun qərar qəbul edilməsi üçün zəruri tövsiyələr verilib. Xatırladaq ki, Komissiya 2019-cu il aprelin 1-i Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb.