Böyük Britaniyanın tibb işçiləri İngiltərənin milli səhiyyə sistemi tarixində ilk dəfə olaraq ümumi tətilə başlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tibb işçiləri hökumətdən məvacibin artırılması, iş saatının azaldılması və müqavilələrin yenidən gözdən keçirilməsini tələb edirlər.
Dörd gün davam edəcək tətilin təcili tibbi yardım, reanimasiya və doğum evlərinin intensiv terapiyası şöbəsinə ciddi təsir edəcəyi deyilir.
Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyi qeyd edib ki, hakimiyyət müalicə müəssisələrində təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər görür.
Həkimlərin irəli sürdüyü tələblər qəbul edilmədiyi halda ümumi tətilin müvəqqəti intervala keçəcəyi bildirilir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər